Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi jurnalist adı altında reketliklə və şantajla məşğul olan Bəhruz İmanqulu oğlu Əliyevi həbs edib. Bu barədə hüquq-mühafizə orqanlarından virtualaz.org-a məlum olub.
Məlumata görə Bəhruz Əliyev “Neytral İnformasiya Agentliyi” (NİA) təsis edib, orada sifarişli materiallar dərc olunub. Sonra Bəhruz Əliyev müxtəlif məmurları və biznesmenləri barələrində ləkələyici məlumatlar yaymaqla hədələyərək onlardan iri məbləğlərdə pul alıb.
Araşdırma zamanı məlum olub ki, Bəhruz Əliyev habelə haqqinaz.org adlı feyk internet resursunun sahibidir. Həmin resursda Azərbaycanda və xaricdə populyar olan haqqin.az informasiya-analitik portalının dizaynı və domen adı “kopyalanıb”.

Bundan əvvəl haqqinaz.com saytının mövcudluğu məlum idi və orada Azərbaycan rəhbərliyinə qarşı erməniyönümlü yazılar dərc olunurdu. Haqqin.az-ın redaksiyası belə feysk resursun olmasından xəbərdar idi, amma güman edirdi ki, resursun arxasında erməni xüsusi xidmət orqanları dayanıb. İndi isə haqqinaz.org adlı feyk resurs meydana çıxıb, bizə məlum olduğuna görə hər iki feyk resurs bir-biri ilə əlaqəlidir.
İP-üvanlar üzərindən aparılan araşdırma zamanı həmin saytın arxasından azərbaycanlı reket-jurnalist çıxıb. Haqqin.az saytının redaksiyası hüquq-mühafizə orqanlarının bu məsələyə aydınlıq gətirəcəyinə ümid edir.
1
TƏBİB-dən Fərhad Mehdiyevə CAVAB
362 dəfə oxunub
2
Sökülən evlərlə bağlı vacib təklif: Kompensasiya artırıla bilər
359 dəfə oxunub
3
“Daha 17” Dünya Kuboku matçlarını geridə qoydu
359 dəfə oxunub
4
ABB kartlarında nə baş verir? -Vəsaitlər silinir
358 dəfə oxunub
5
Xalq artistinin qızı ikinci ali təhsilini başa vurdu
358 dəfə oxunub