Masallı rayonunda 27 yaşlı gənci ildırım vuraraq öldürüb.
Mynews.az APA-ya istinadən xəbər verir ki, rayonun Mollaoba kənd sakini, 1991-ci il təvəllüdlü Fərid Xəzər oğlu Həsənov əmisi, Bakı şəhər sakini, 1962-ci il təvəllüdlü Elsəvər Aslan oğlu Həsənovla birgə dörd gün əvvəl dünyasını dəyişən anasının məzarını ziyarət etməyə gedib.
Qəbiristanlıqda telefonla danışan F.Həsənovu ildırım vurub. Ətrafdakıların köməyi ilə Boradigah qəsəbə xəstəxanasına aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Yüngül xəsarətlər alan E. Həsənov isə tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub