Bakının Sabunçu rayonunda qətl hadisəsi törədən şəxs saxlanılıb.
Mynews.az-ın məlumatına görə, Sabunçu rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, faktla bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1- ci (qəsdən adam öldürmə) və 29, 120. 2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanılıb.
Hadisə ilə bağlı müəyyən ekspertizalar təyin edilib və cinayəti törətməkdə şübhəli bilinən Sabunçu rayonunun Balaxanı qəsəbə sakini, 1999-cu il təvəllüdlü Sabir Qədimov tutulub.
Əməliyyat zamanı cinayətdə istifadə edilən qoşalülə ov tüfəngi aşkar edilərək götürülüb.
Qeyd edək ki, hadisə mayın 31-də gecə saatlarında Bakının Sabunçu rayonu, Balaxanı qəsəbəsi Sadıxcan küçəsi, 13 ünvanında qeydə alınıb. Qəsəbə sakini, 1963-cü il təvəllüdlü Esmira Cəfərova və onun qızı 2001-ci il təvəllüdlü Cəfərova Aytən Mehman qızı qeyd edilən ünvanda odlu silahla güllələnib. Yaralılar 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılsa da, A. Cəfərovanın həyatını xilas etmək mümkün olmayıb. Sol çiyninin, çənəsinin çoxsaylı yaraları diaqnozu təyin edilən 1963-cü il təvəllüdlü Esmira Cəfərova isə əməliyyat edilib, vəziyyəti ağır qiymətləndirilir.
1
Səkinə Sadıxova vəzifəsindən azad edildi
566 dəfə oxunub
2
9-cu sinif şagirdi vəfat etdi - FOTO
555 dəfə oxunub
3
“Qalatasaray”ın qapıçısını fitə basdılar, ağladı - VİDEO
530 dəfə oxunub
4
Pensiyaçılara ŞAD XƏBƏR – Bu tarixdə ödəniləcək
528 dəfə oxunub
5
Hüseyn Çeliki tənqid etdi: "Oxumağın bərbaddır, insan ol"
526 dəfə oxunub