Oğuzda 47 yaşlı qadın əri tərəfindən döyülüb.
Mynews.az APA-ya istinadən xəbər verir ki, mayın 31-i saat 21.00 radələrində rayonun Qumlaq kənd sakini, 1971-ci il təvəllüdlü Məhbubə Kərim qızı Xəlilova Oğuz Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.
Oğuz MRX-da ilkin tibbi yardım göstərildikdən sonra qadın müayinə və müalicəsini davam etdirmək üçün Şəki MRX-a göndərilib.
Şəki MRX-dan APA-ya bildirilib ki, Məhbubə Xəlilova xəstəxananın reanimasiya şöbəsində yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.
Oğuz rayon Polis Şöbəsindən bildirilib ki, Məhbubə Xəlilovanı əri, 1960-cı il təvəllüdlü Osman Vəlyəddin oğlu Xəlilov münaqişə zəminində döyüb.
Faktla bağlı Oğuz RPŞ-də araşdırma aparılır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub