Bakının Sabunçu rayonunda baş verən qətl hadisəsinin bəzi təfərrüatı məlum olub.
Mynews.az-ın məlumatına görə, hadisənin baş verməsinə səbəb Aytən Cəfərovanın nişanı pozması olub.
Üç gün əvvəl Sabir Qədimov ilə Aytən Cəfərovanın elçilik mərasimi baş tutub. Elçilikdən sonra cütlük yenidən görüşüb və onların arasında mübahisə baş verib.
Ötən gün gecə saat 21:00 radələrində qız oğlanı evlərinə çağıraraq nişan üzüyünü qaytarıb.
Sabir Qədimov evlərinə gəlib və babasına məxsus ov tüfəngini götürərək, qızın evinə qayıdıb.
Onların arasında yenidən mübahisə yaşanıb. Bu zaman Sabir Qədimov tüfənglə atəş açıb. Qızın anası özünü güllənin qabağına atıb.
Hadisə nəticəsində xəsarət alan ana və qızı xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq 2001-ci il təvəllüdlü Cəfərova Aytən Mehman qızının həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub