Bakıda dörd nəfərin ölümü ilə nəticələnən partlayışla bağlı bir nəfər həbs edilib.
Bakı şəhər Prokurorluğundan Mynews.az-a verilən məlumata görə, mayın 21-də Binəqədi rayonu ərazisində yerləşən “Azərtransservis” Açıq Səhmdar Cəmiyyətinin (ASC) həyətində fəaliyyət göstərən çayxanada 4 nəfərin ölümü ilə nəticələnən partlayışla əlaqədar başlanmış cinayət işi üzrə həmin ASC-nin icraçı direktoru Haqverdiyev Arif Məmməd oğlu təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Qeyd edək ki, mayın 21-də, saat 15 radələrində Binəqədi rayonu ərazisində yerləşən “Azərtransservis” Açıq Səhmdar Cəmiyyətinin həyətində fəaliyyət göstərən çayxanada propan qaz balonlarının partlaması nəticəsində iki nəfər hadisə yerində, xəsarət almış iki nəfər isə xəstəxanada ölüb.
Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
1
TƏBİB-dən Fərhad Mehdiyevə CAVAB
362 dəfə oxunub
2
Sökülən evlərlə bağlı vacib təklif: Kompensasiya artırıla bilər
359 dəfə oxunub
3
“Daha 17” Dünya Kuboku matçlarını geridə qoydu
359 dəfə oxunub
4
ABB kartlarında nə baş verir? -Vəsaitlər silinir
358 dəfə oxunub
5
Xalq artistinin qızı ikinci ali təhsilini başa vurdu
358 dəfə oxunub