Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun binasında yanğın baş verib, 30 nəfər təxliyə edilib.
Mynews.az-ın məlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınla bağlı yaydığı əlavə məlumatda qeyd olunub.
Nazirlikdən bildirilib ki, Bakı şəhəri, Yasamal rayonunda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun yerləşdiyi doqquzmərtəbəli binanın 7-ci mərtəbəsində ümumi sahəsi 13 m2 olan iş otağında ofis mebelləri və sənədlər yanıb.
Yanğın zamanı 30 nəfər işçi yanğınsöndürənlər tərəfindən təxliyə olunub. Digər otaqlar yanğından mühafizə olunub. Yanğın söndürülüb.
14:26
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun binasında yanğın olub.
Mynews.az APA-ya istinadən xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb edilib.
Həyata keçirilən tədbirlər nəticəsində yanğının qarşısı alınıb.
1
Səkinə Sadıxova vəzifəsindən azad edildi
566 dəfə oxunub
2
9-cu sinif şagirdi vəfat etdi - FOTO
555 dəfə oxunub
3
“Qalatasaray”ın qapıçısını fitə basdılar, ağladı - VİDEO
530 dəfə oxunub
4
Pensiyaçılara ŞAD XƏBƏR – Bu tarixdə ödəniləcək
528 dəfə oxunub
5
Hüseyn Çeliki tənqid etdi: "Oxumağın bərbaddır, insan ol"
526 dəfə oxunub