Bakıda bir il əvvəl qəzada ölən və dəhşətli həyatı ilə sosial şəbəkələrdə müzakirələrə səbəb olan Aysel Quliyevanın ailəsində daha bir faciə baş verib.
Mynews.az qafqazinfo-ya istinadən xəbər verir ki, Ayselin 25 yaşlı qardaşı Elçin Quliyev bacısının ölümündən sonra ağır xəstəlikdən vəfat edib. Sosial şəbəkələrdə ailənin yaxınları E. Quliyevin 32 yaşlı bacısının faciəvi ölümünə alışa bilmədiyini və xəstəliyinin daha güclənməsinə səbəb olduğunu bildiriblər.
34 nömrəli məktəbdə dərs hissə müdiri işləyən Ayselin qəzada dünyasını dəyişməsi ilə yanaşı ağrılı həyatı da mediada işıqlandırılmışdı. Toyuna az qalmış nişanlısı Moskvada avtomobil qəzasına düşərək dünyasını dəyişmişdi, o isə bütün baş verənlərə baxmayaraq həyata daha nikbin baxırdı.
Qeyd edək ki, Aysel 2017-ci il mayın 31-də, qardaşı Elçin isə bu il mayın 30-da dünyasını dəyişib.



1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub