Qubada ötən ilin noyabrında törədilən quldurluq hadisəsinin üstü açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba rayonunda regional qrupundan Metbuat.az-a verilən məlumata görə, ötən il noyabrın 7-də Quba şəhər sakini C.Pirəliyeva Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək evində tanımadığı şəxs tərəfindən döyüldüyünü bildirib.
Araşdırma zamanı döyülmə faktından əlavə zərərçəkənin evindən 9000 manat pulun oğurlanması da müəyyən edilib.
Quba Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən bir yeniyetmə saxlanılaraq polis şöbəsinə gətirilib. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun törətdilən cinayətdə iştirakı və hadisədə iştirak edən digər şəxslər də müəyyən olunub.
Faktla bağlı Quba RPŞ-nin İB-də araşdırmalar aparılır.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub