Bu gün Avropa.info-nun əməkdaşları görünməmiş xuliqanlıq hərəkəti ilə qarşılaşıblar.
Saat 15:00 radələrində Nərimanov rayonu Nazim Hacıyev küçəsi Əliyar Əliyev küçəsinin kəsişməsində “Chevrolet Niva” markalı maşının sürücüsü avtomobili saytın əməkdaşlarının üzərinə sürüb. 10 PN 879 dövlət nömrə nişanlı avtomobil yüksək sürətlə hərəkət edərək, həmin ərazidə yol piyadanın olduğu halda maşını saxlamayıb. Avropa.info-nun əməkdaşları cəld avtomobilin qarşısından sıçrayıb kənara tullanmasaydılar, hər iki əməkdaş avtomobilin altında qala bilərdi. Bu hərəkətinə görə narazılığını bildirən əməkdaşlarımıza avtomobilin sürücüsü çox kobud şəkildə davranıb. Əvvəlcə sürücü etiraz edib ki, maşın gəlirsə, yoldan niyə çıxmırsınız. Sonra dialoq bu şəkildə davam edib:
Avropa.info-nun əməkdaşı:
– Bura tənzimlənməyən piyada keçididir. Sən mütləq dayanıb, piyada yol verməli idin. Sən isə maşını üzərimizə sürürsən.
Sürücü:
-Burada piyada keçidi yoxdur. Görürsən, maşın gəlir, çıxın kənara. Elə etməyin ki, düşüb, başqa cür danışım.
Avropa.info-nun əməkdaşları kobudluq edən sürücünü nəzakətli danışmağa dəvət etsələr belə, kobud sürücü səsini kəsməyib, xuliqanlıq hərəkətini davam etdirib.
Yol hərəkəti qaydalarından xəbəri olmayan bu kobud sürücünün sonrakı söylədikləri bu şəkildə olub:
“Yaşınız çox olmasaydı, düşüb başqa cür danışardım. Rədd olun, gedin buradan. Düşüb, ağzınızı-burnunuzu dağıdaram”.
Bu qədər xuliqanlığı öz şəxsiyyətinə yaraşdıra bilə bir sürücüyə qarşı DYP mütləq ölçü götürməli, adam haqq etdiyi cəzanı almalıdır. Belə sürücülər düşünməsin ki, avtomobilə miniblərsə, piyadaları tapdalaya bilərlər.
Avropa.info xəbər portalı bu yazı vasitəsilə DİN və DYP-nə müraciət edərək, həmin sürücünün tapılıb cəzalandırılmasını xahiş edir.
1
TƏBİB-dən Fərhad Mehdiyevə CAVAB
362 dəfə oxunub
2
Sökülən evlərlə bağlı vacib təklif: Kompensasiya artırıla bilər
359 dəfə oxunub
3
“Daha 17” Dünya Kuboku matçlarını geridə qoydu
359 dəfə oxunub
4
ABB kartlarında nə baş verir? -Vəsaitlər silinir
358 dəfə oxunub
5
Xalq artistinin qızı ikinci ali təhsilini başa vurdu
358 dəfə oxunub