Ötən gün axşam saatlarında Salyan rayonunda bıçaqlanma hadisəsi baş verib.
Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, dünən axşam saatlarında rayonun Sarvan kəndinin 36 yaşlı sakini Amid Fərəc oğlu Əsədov sağ sağrı nahiyəsindən aldığı bıçaq xəsarəti nəticəsində daxili qanaxma ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılaraq əməliyyat olunub.
Xəsarət alan ilkin ifadəsində bıçaq xəsarətini tövlələrindəki iribuynuzlu heyvanın ucbatından özü özünə yetirdiyini deyib. Belə ki, heyvanın boynuna dolanmış ipi açmaq istəyərəkən onu vurub və bu zaman əlindəki bıçaq özünə batıb.
Lakin polisin apardığı təhqiqat nəticəsində məlum olub ki, Amid Əsədov ailə münaqişəsi zəminində 29 yaşlı qardaşı Təbriz Əsədov tərəfindən bıçaqlanıb.
Faktla bağlı araşdırmalara başlanılıb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub