Bakıda "Baksol" yolun yaxınlığında köhnə Beton zavodunun ərazisinə baş verən yanğın hələ də davam edir.
Musavat.com-un məlumatına görə yanğın getdikcə artır. Ərazidə istifadəyə yararsız təkərlər çox olduğu üçün yanğınsöndürənlər yanğının qarşısını almaqda çətinlik çəkir.
Onu da qeyd edək ki, yanğın baş ver əraziyə yaxın yaşayış evləri də var. Hazırda yanğının söndürülməsi davam edir.
***
Bakıda, şəhərin mərkəzə yaxın hissəsində ətrafa qatı tüstü yayılıb. Sosial şəbəkələrdə insanlar tüstünün fotosunu paylaşaraq Bakıda güclü yanğın olduğunu bildiriblər.
Musavat.com xəbər verir ki, yayılan tüstünün səbəbi "Baksol" yolun yaxınlığında köhnə Beton zavodunun ərazisinə yığılan avtomobil şinlərinin yanmasıdır. Ərazidə bir neçə dəqiqə əvvəl başlayan yanğın getdikcə şiddətlənib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğın söndürən maşınları cəlb olunub. Yanğının baş vermə səbəbləri hələ ki, bəlli deyil.

1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub