Zərdabda yol qəzası baş verib.
Mynews.az-ın xəbərinə görə, hadisə bu gün Ucar-Zərdab yolunun Zərdab rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Zərdab rayon sakini, 1992-ci il təvəllüdlü Dəyanət Kərimlinin idarə etdiyi "Mercedes" markalı minik avtomobil onun həmyerlisi, 1953-cü il təvəllüdlü Əsədov Qalib Abdulla oğlunun idarə etdiyi "VAZ-2106" markalı minik maşınının arxa hissəsinə çırpılıb.
İdarəetmədən çıxan "Mercedes" markalı avtomobil yol kənarında olan su kanalına aşıb. Hər iki avtomobilə ciddi ziyan dəysə də, ölən və xəsarət alan olmayıb. Fakt araşdırılır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub