Mayın 25-də Samur-Abşeron kanalında batdığı ehtimal olunan Dəyanət Nəbiyev Didar oğlunun meyiti tapılıb.
Fövqəladə Hallar Nazirliyindən Mynews.az-a verilən məlumata görə, mayın 25-də Samur-Abşeron kanalının Qusar rayonu, Urva kəndi ərazisindən keçən hissəsində (ən yaxın xilasetmə məntəqəsindən 82 km aralıda, nəzarətsiz ərazidə) batdığı ehtimal olunan 2001-ci il təvəllüdlü Nəbiyev Dəyanət Didar oğlunun axtarışları başa çatıb.
Dəyanət Nəbiyevin cəsədi Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub