Bakı Ağır Cinayətlər Məhkəməsində qonşusuna bıçaqla xəsarət yetirməkdə ittiham olunan Gülnar Məmmədovanın cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Mynews.az virtualaz.org-a istinadən xəbər verir ki, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə görə, Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilib və G. Məmmədovaya 2 il sınaq müddəti olmaqla şərti cəza verilib. O, istintaq dövründə həbs edilmədiyi üçün sərbəst qalıb.
Qeyd edək ki, hadisə ötən il sentyabr ayının 26-da Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində baş verib. G.Məmmədova aralarında yaranmış mübahisə zəminində qonşusu, həmçinin, ərinin tanışı Azad Quliyevi bıçaqlayıb. Qadın evinə gələn qonağı bıçaqladıqdan sonra təcili tibbi yardıma zəng edib. Xəstəxanaya çatdırılan A.Quliyev əməliyyat olunub.
Hadisəyə səbəb isə A. Quliyevin G.Məmmədovanın evində olarkən tanışı ilə telefonla danışan zaman söyüş söyməsi olub. Ev sahibəsi azyaşlı uşağın yanında söyüş söyməsinə iradını bildirib və qonaqdan nalayiq ifadələr işlətməməyi tələb edib. Lakin qonaq deyilənlərə əhəmiyyət verməyib. Bundan əsəbiləşən G.Məmmədova mətbəxdən götürdüyü bıçaqla ona döş qəfəsindən zərbə endirib.
1
TƏBİB-dən Fərhad Mehdiyevə CAVAB
362 dəfə oxunub
2
Sökülən evlərlə bağlı vacib təklif: Kompensasiya artırıla bilər
359 dəfə oxunub
3
“Daha 17” Dünya Kuboku matçlarını geridə qoydu
359 dəfə oxunub
4
ABB kartlarında nə baş verir? -Vəsaitlər silinir
358 dəfə oxunub
5
Xalq artistinin qızı ikinci ali təhsilini başa vurdu
358 dəfə oxunub