İyunun 5-i axşam saat 22:40 radələrində Zaqatala rayonu ərazisində baş verən 6 bal gücündə zəlzələ nəticəsində bir sıra fərdi yaşayış evləri və təsərrüfat tikililərində çatlar əmələ gəlib.
Mynews.az-ın məlumatına görə, bu barədə Zaqatala rayon icra başçısının I müavini, fövqəladə hallar komissiyasının sədri Tofiq Əhmədov məlumat verib.
O bildirib ki, çatlar yaranan binaların qəzalılıq dərəcəsini FHN-nin komissiyaları müəyyən edir. T.Əhmədov baş vermiş zəlzələ ilə əlaqədar fövqəladə hallar naziri Kəmaləddin Heydərovun rayona gəldiyini deyib.
“Fövqəladə hallar naziri Kəmaləddin Heydərov əraziyə baxış keçirəcək. Ciddi dağıntı yoxdur, sadəcə təsərrüfat tikililərinə, vətəndaşlara məxsus həyatyanı sahələrin divarlarına zərər dəyib, uçma halları var. Zaqatalada həyat normal axarı ilə davam edir, heç bir ajiotaj, panika yoxdur”.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub