Bakı Ağır Cinayətlər Məhkəməsində Abşeron rayon sakini Tərlan Şahkərimov, Quba rayon sakinləri Murad Əşrəfov və Elvin Babayevin CM-nin 181.2.1-ci (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Mynews.az-ın məlumatına görə, bu il yanvarın 30-da Bakı şəhər sakini Elxan Veyisov DİN-n 102 zəng mərkəzinə məlumat verib ki, taksi fəaliyyəti göstərərkən Səbail rayonu ərazisində üç nəfər onun avtomobilinə müştəri kimi əyləşərək Xırdalan şəhərinə aparmalarını xahiş ediblər.
Deyilən ünvana çatanda həmin şəxslər bıçaqla xəsarət yetirib onun pulunu və mobil telefonunu alıblar.
Fevralın 1-də Abşeron RPİ-nin əməkdaşları əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş Tərlan Şahkərimovu, Murad Əşrəfovu və Elvin Babayevi tutublar. Maddi sübut olaraq mobil telefon T.Şahkərimovdan aşkar edilib.
İş üzrə dindirilmiş Şahkərimov bildirib ki, həmin gün şəhərə gəzməyə çıxıblar. Pulları olmadığından quldurluq etmək qərarına gəliblər. Axşamın düşməsini gözləyən dostlar hədəf kimi taksi sürücüsünü seçiblər. Bir həyətdə kirayədə yaşayan dostlar taksi sürücüsündən aldıqları 9 manata ərzaq alıblar.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri 8 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunublar.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub