İyunun 5-də Keşlə dəmir yolu stansiyasının ərazisində yerləşən şirkətlərdən birinin anbarında təmizlik işləri aparan fəhlələrin oradan içərisində naməlum predmetlər olan qutu aşkar etmələri barədə DİN Nəqliyyatda Baş Polis İdarəsinin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinə məlumat daxil olub.
Mynews.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, dərhal hadisə yerinə gələn Keşlə Xətt Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və həmin predmetlərin tüstü qumbarası olduğu müəyyən edilib. Bu barədə aidiyyatı üzrə FHN-ə və ANAMA-ya (Azərbaycan Respublikasının Minalardan Təmizlənməsi üzrə Milli Agentlik) məlumat verilib.
Aparılan birgə təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində aşkarlanmış 21 ədəd tüstü qumbarası (RDQ2-Ç) zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Keşlə Xətt Polis Bölməsində araşdırma aparılır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub