1956-cı il təvəllüdlü Kərimov Xanlar Səyyad oğlu özünü bina 127-nin qarşısında yerləşən yarımtikili tövlənin içində asıb.
Hadisə yerinə rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Binəqədi rayon şöbəsinə aparılıb.
Faktla bağlı Binəqədi rayon prokurorluğunda cinayət məcəlləsinin 125-ci (ölüm həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. İstintaq hərəkətləri aparılan zaman məlum olub ki, X. Kərimov icra hakimiyyətinin qanunsuz əməllərinə etiraz edərək intihar edib. Belə ki, bir müddət öncə sahibkara məxsus mağaza və avtodayanacaq saxta sənədlərlə Binəqədi rayon icra hakimiyyəti tərəfindən başqasına satılıb.
Xatırladaq ki, bu il may ayının 17-də Binəqədi rayon icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərov tutduğu vəzifədən azad olunub. Elə ondan sonra mağazanın və avtodayanacağın başqasına satılması barədə sahibkara məlumat verilib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub