Yaralılar təcili tibbi yardım stansiyasının 5 avtomobili ilə Şamaxı Diaqnostika Mərkəzi və rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
AZXEBER.COM xəbər verir ki, hadisə bu gün saat 09:00 radələrində Bakı-Şamaxı-Yevlax magistralının Mirikənd kəndindən keçən hissəsində qeydə alınıb.
Şəkidən Bakı istiqamətində hərəkət edən "55 BT 471” dövlət nömrə nişanlı "Ford” markalı sərnişindaşıyan avtomobil ilə "Mersedes” toqquşub. Nəticədə Ford aşıb.
İlkin məlumata görə, 15 nəfər - Şəki sakinləri İbrahimxəlil Məmmədli, Süleyman Babayev, İlham Rzayev, Qurban Rəhimov, Qızılgül Səmədova, Toğrul Məmmədov, Yaqub Ömərov, Röyal Məmmədov, Bəsti Darçınova, İlham Abdulrəhmanov, Humay Ağabalayeva, Xəyal Rüstəmov, Raidə Zamanova və hələ ki, adları məlum olmayan daha 2 nəfər ağır bədən xəsarətləri alıb. Hadisənin yağışlı hava səbəbindən yolun sürüşkən olması nəticəsində baş verdiyi ehtimal edilir.
Telman Mustafayev – Sürücü: "Avtobus Şəki tərəfdən gəlib, mən də Bakıdan Ağsuya gedirdim. Bu vaxt maşın sürüşdü, fırlandı dəydi mənə”.
Faktla bağlı araşdırma aparılır.
1
TƏBİB-dən Fərhad Mehdiyevə CAVAB
362 dəfə oxunub
2
Sökülən evlərlə bağlı vacib təklif: Kompensasiya artırıla bilər
359 dəfə oxunub
3
“Daha 17” Dünya Kuboku matçlarını geridə qoydu
359 dəfə oxunub
4
ABB kartlarında nə baş verir? -Vəsaitlər silinir
358 dəfə oxunub
5
Xalq artistinin qızı ikinci ali təhsilini başa vurdu
358 dəfə oxunub