Tovuz rayonunda çağırışa gedən təcili tibbi yardım maşınına hücum olub.
Mynews.az ARB TV xəbər verir ki, hadisə rayonun İbrahimhacılı kəndində baş verib. Xəstənin öldüyünü deyən yaxınları tibb işçilərinin çağırışa yubandıqlarını bildirib, həkim Eldar Abdıyev və tibb bacısı Cəmalə Qurbanovaya xəsarət yetiriblər. Təcili tibbi yardım maşınının şüşələri sındırılıb.
Eldar Abdıyev - Zərərçəkən: "22:23-də burdan çıxdıq, 22:33-də orda olduq. Biz çatanda xəstə artıq vəfat etmişdi. Xəstənin vəfat etdiyini bunlar bilən kimi, başladılar bizi təhqir etməyə, söyməyə. Məni vurdular, tibb bacısını vurdular. Çıxmaq istədik, maşının qabağına daşlar düzmüşdülər. "Kak bud to" biz banditiy, "nəyiy". Biz xəstə üçün can veririk, döyülürük. Polis bölməsinə zəng eləməyə imkan vermədilər bizə. Çətinliklə çıxdıq gəldik".
Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma aparılır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub