Bakıda ata az pul qazanır deyə oğlunu bu günə qoydu - FOTOLAR

794
Bakıda ata az pul qazanır deyə oğlunu bu günə qoydu - FOTOLAR
Bakıda qeyri-adi hadisə baş verib.
Mynews.az
"ölkə.az”-a istinadla xəbər verir ki, "Best FM" internet radiosunun əməkdaşı, baş prodüser vəzifəsində çalışmış Elxan adlı şəxsin atası tərəfindən döyüldüyü iddia edilib. Bu haqda "Best FM" internet radiosunun rəhbəri Aqil Böyükxanoğlu sosial şəbəkədə yazaraq onun fotolarını paylaşıb:

"Bizim radionun (internet üzərindən fəaliyyət göstərir - red.) Elxan adlı əməkdaşı atası tərəfindən döyülüb. Ata oğlunu evə az pul gətirdiyi üçün saçını qırxıb və döyüb”, - deyə Aqil Böyükxanoğlu bildirib.

Radio rəhbərinin sözlərinə görə, əməkdaşları atası tərəfindən ilk dəfə zorakılığa məruz qalmır:

"İlk dəfə atası Elxanı vuranda, mən müdaxilə etmişdim. O da söz vermişdi ki, bir də oğluna əl qaldırmayacaq. Daha sonra külqabı ilə oğlunu vurub və qaşını yarıb. Biz bunu da bağışladıq. Xəbərdarlıq etdik ki, bir də belə hal təkrarlansa, biz oğlunuzun şəkillərini mediada paylaşacağıq”.

A.Böyükxanoğlu bildirib ki, atası Elxanın ortancıl qardaşını da pul üstündə döyüb və oğlan buna görə evdən qaçmışdı.

"Elxanın atası spirtli içki düşkünüdür. Bir oğlunu da döymüşdü. Oğlan da evdən qaçmışdı. Biz də sonradan onu evə qaytardıq və ata da söz verdi ki, bir də belə hal təkrarlanmayacaq. Lakin sonradan o, Elxanı vəhşicəsinə döydü. Bu barədə polisə müraciət etmişik. Daxili İşlər Nazirliyindən də məsələ barədə ölçü götürüləcəyi bildirilib”, - deyə o, əlavə edib.

Məsələ ilə əlaqədar psixoloqlar da bildirirlər ki, valideynin övladını vurması yaxşı hal deyil. 

Azərbaycan Tibb Universitetinin dossenti, psixoterapevt Manuçehri Laleri Araz Ölkə.Az-a bildirib ki, valideynin övladına əl qaldırması heç bir halda düzgün deyil. Onun sözlərinə görə, belə hallarda mütləq qanunvericliklə müdaxilə olunmalıdır.

"Həmin oğlan artıq balaca uşaq deyil. O, artıq özünə cavabdeh, öz davranışlarını bilən müstəqil insandır. Bu yaşda ona əl qaldırmaq tamamilə səhv addımdır. Bu barədə qanunvericilikdə açıq şəkildə yazılıb. Bəzən insanlar öz hüquqlarını bilmirlər. Bu səbəbdən də, onlar ətrafdakıların təzyiqi altına düşürlər”, - deyə həkim bildirib.

Araz Manuçehr əlavə edib ki, psixologiyaya görə, hər kəs övladını uşaq bilir və onu nəzarətdə saxlamağa çalışır:

"Əgər övladın 50 yaşı, valideynin isə 70 yaşı olsa da, onlar yenə də balasına uşaq kimi baxacaqlar.  Elə hesab edəcəklər ki, övladı həmişə balacadır və ona ağıl vermək lazımdır. Bu ana və ata psixologiyasıdır. Bu da nəzərə alınmalıdır. Eyni zamanda hər bir insan hüquqlarını bilməli və onları qorumağı bacarmalıdır. Valideyn də olsa, övladını alçalda bilməz. Bu zaman övlad valideynin əməli barədə hüquq-mühafizə orqanlarına müraciət edə bilər. Düşünürəm ki, bu daha yaxşı olar”, - deyə o bildirib.



 

 

Xəbər lenti