Yasamal rayonunda sürücünün xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Mynews.az “Report”a istinadən xəbər verir ki, hadisə ötən gecə Abbas Mirzə Şərifzadə küçəsində qeydə alınıb.
Belə ki, İlqar İsmayılov sərxoş vəziyyətdə ona məxsus 90-SA-832 dövlət nömrə nişanlı “Volkswagen Passat” markalı avtomobilin sükanı arxasına əyləşib. O, avtomobili idarə edərkən yuxulayıb. Nəticədə nəqliyyat vasitəsi yol kənarında dayanan, Məmmədov Çingiz İbrahim oğluna məxsus 90-LS-301 dövlət qeydiyyat nişanlı “Hyundai” markalı avtomobilə çırpılıb.
Hadisə zamanı İ.İsmayılov üz nahiyəsindən yüngül xəsarət alıb. O, “Report”a anlaqsız vəziyyətdə olduğunu bildirərək, qəzanın necə baş verdiyini xatırlamadığını və sükan arxasında yuxuladığını etiraf edib.
Qəza nəticəsində “Hyundai” markalı avtomobil deformasiyaya uğrayıb.
Hadisə yerinə Yasamal Rayon Dövlət Yol Polis Şöbəsinin əməkdaşları gəlib. Sürücü sərxoşluğun dərəcəsinin müəyyən edilməsi üçün müvafiq məntəqəyə aparılıb.
Faktla bağlı avtotexniki ekspertiza təyin edilib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub