Cəlilabad Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri ilə qışlaqdan yaylağa aparılan sürüdən xırdabuynuzlu heyvanları oğurlayan şəxslər saxlanılıb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Mynews.az-a verilən məlumata görə, iyunun 8-də Cəlilabad RPŞ-yə rayon ərazisində Lerik Kənd Təsərrüfatı İstehsalı Müəssisəsinə məxsus 56 baş qoyun və 3 baş keçinin oğurlanması ilə bağlı müraciət daxil olub.
Polis əməkdaşlarının "isti izlərlə" keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində ümumi dəyəri 11 min 500 manat olan xırdabuynuzlu heyvanları oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.
Onların Cəlilabad rayonun Uzuntəpə kənd sakinləri Ruhid Paşayev, Sarəddin Həsənov, Murad Abdullayev, Taleh Fərzəliyev olduqları müəyyən edilib. Adıçəkilən şəxslərin oğurluğu heyvanların qışlaqdan yaylağa aparılan zaman sürü Cəlilabad rayonunun Uzuntəpə kəndi ərazisindən keçdiyi vaxt törətdikləri məlum olub. Oğurlanmış heyvanlar sahiblərinə təhvil verilib.
Faktla bağlı Cəlilabad RPŞ-nin istintaq bölməsində araşdırma aparılır.
1
TƏBİB-dən Fərhad Mehdiyevə CAVAB
362 dəfə oxunub
2
Sökülən evlərlə bağlı vacib təklif: Kompensasiya artırıla bilər
359 dəfə oxunub
3
“Daha 17” Dünya Kuboku matçlarını geridə qoydu
359 dəfə oxunub
4
ABB kartlarında nə baş verir? -Vəsaitlər silinir
358 dəfə oxunub
5
Xalq artistinin qızı ikinci ali təhsilini başa vurdu
358 dəfə oxunub