Saatlının Sımada kəndi ərazisində pambıq sahəsində baş verən zəhərlənmə hadisəsi ilə bağlı dörd nəfər Bakı Klinik Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə yerləşdirilib.
Mynews.az-ın məlumatına görə, bu barədə açıqlamasında Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova deyib.
Onun sözlərinə görə, Saatlının Sımada kəndi ərazisində pambıq sahəsində baş verən zəhərlənmə hadisəsi ilə bağlı 24 nəfər Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib:
“Bakıdan həkim briqadası Saatlıya ezam olunub. Həkimlər xəstələrin vəziyyəti ilə tanış olaraq onlara tibbi yardım göstəriblər. Zəhərlənənlərdən dördü Bakıdakı Toksikologiya Mərkəzinə göndərilib.
Müalicələri davam edir. Vəziyyətləri orta ağır qiymətləndirilir”.
Səfayə Əhmədova qeyd edib ki, Saatlı Rayon Mərkəzi Xəstəxanasında müalicə alan xəstələrdən ikisinin vəziyyəti qənaətbəxş olduğu üçün öz ərizələri əsasında evə buraxılıb:
“Digərlərinin müalicəsi davam edir”.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub