Bir qədər əvvəl Moskvada həbs olunan azərbaycanlı qanuni oğru Hacı Beyləqanskiylə bağlı sensasion məlumat yayılıb.
Mynews.az musavat-a istinadən xəbər verir ki, dünən Hacı Beyləqanski Rusiya paytaxtında yerləşən 6 saylı istintaq təcridxanasına köçürülüb. Məsələnin sensasiya tərəfi odur ki, paytaxtın Şosseynaya küçəsində yerləşən bu təcridxana qadınlar üçün nəzərdə tutulub. Rusiya pentensiar xidmətinin bu addımı niyə atdığı barədə heç bir məlumat verilmir. Amma qeyri-rəsmi məlumata görə, bu onun sındırılması və təhqir olunması məqsədiylə atılıb.
Bu arada, primecrime.ru saytı yazıb ki, Lotu Quli Rövşən Lənkəranskinin bütün ətrafını məhv etməyənədək dincəlməyəcək.
Elə Beyləqanskinin qadın kalonuna göndərilməsində də onun rolu olduğu iddia edilir.
Xatırladaq ki, 6 saylı qadın təcridxanası Moskvanın mərkəzində yerləşir. Onun rəisi dustaqlara qarşı qəddarlıqda ad çıxarmış Şubin Andrey Yuriyeviçdir.
1
TƏBİB-dən Fərhad Mehdiyevə CAVAB
362 dəfə oxunub
2
Sökülən evlərlə bağlı vacib təklif: Kompensasiya artırıla bilər
359 dəfə oxunub
3
“Daha 17” Dünya Kuboku matçlarını geridə qoydu
359 dəfə oxunub
4
ABB kartlarında nə baş verir? -Vəsaitlər silinir
358 dəfə oxunub
5
Xalq artistinin qızı ikinci ali təhsilini başa vurdu
358 dəfə oxunub