Ağdamdan məcburi köçkün Kərimova Sevda Həsənxan qızı ölüm ayağındadır. Dövlət rəhbərliyindən, xeyirxah insanlardan imdad diləyən 2 uşaq anası qan xəstəliyindən əziyyət çəkir.
Xəstəliyi və yaşadığı problemləri ilə əlaqədar Axar.az-a müraciət edən S. Kərimova bildirib ki, 2017-ci ilin iyunundan aşkarlanan xəstəliklə əlaqədar Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda qeydiyyatdadır.
Son dövrlər vəziyyəti daha da ağırlaşan şikayətçiyə baxmağa ailəsinin imkanı yoxdur. İki uşaq anasını həyatda saxlamaq üçün ona mütəmadi olaraq qan vurulmalıdır. Bunun üçün isə ailənin imkanı artıq tükənmək üzrədir.
S.Kərimovanın qan laxtalanması aşağı olduğundan hər biri 500 manat olan tranbasit alıb xəstəyə köçürüblər. Həkimlər ona mielofibroz xəstəliyi diaqnozu qoyub. Mütəmadi olaraq qan vurulmalıdır ki, o həyatda qala bilsin.
Səhiyyə naziri Oqtay Şirəliyevə, həmçini xeyirxah, imkanlı şəxslərə üz tutan köçkün iki balası üçün ona yaşamağa köməklik göstərilməsini xahiş edib:
“İki balamın gözü yolda qalıb. Ölümlə çarpışmaqdayam. Bu xəstəliyə qarşı müalicə üçün böyük pullar lazımdır. Mənə tez-tez qan vurulmalıdır. Buna isə imkanımız yoxdur. Bütün mərhəmətli insanlara üz tutub yalvarıram ki, mənə kömək eləsinlər”.
S.Kərimovanın “Bank Respublika”da hesab nömrəsi: 380194 404608 33901
Əlaqə nömrəsi: 050 721 24 25
_1528720820.jpg)
1
TƏBİB-dən Fərhad Mehdiyevə CAVAB
362 dəfə oxunub
2
Sökülən evlərlə bağlı vacib təklif: Kompensasiya artırıla bilər
359 dəfə oxunub
3
“Daha 17” Dünya Kuboku matçlarını geridə qoydu
359 dəfə oxunub
4
ABB kartlarında nə baş verir? -Vəsaitlər silinir
358 dəfə oxunub
5
Xalq artistinin qızı ikinci ali təhsilini başa vurdu
358 dəfə oxunub