Haiti hakimiyyətinin məlumatına görə, paytaxtdan 150 km məsafədə yerləşən Qonaiv şəhərində avtobus kütlənin üzərinə sürülüb, hadisə nəticəsində ən azı 34 nəfər ölüb.
Mynews.az bu barədə BBC-yə istinadən xəbər verir.
Yerli mülki müdafiə koordinatoru Jozef Fosten Artibonit əyalətində bəyan edib ki, hadisə bazar günü səhər saat 3-də baş verib. Avtobus əvvəlcə dayanacaqda duran iki nəfəri vurub, daha sonra küçə musiqiçiləri qrupunun üstünə sürülüb.
Onun sözlərinə görə, bundan sonra şəhər sakinləri avtobusa hücum ediblər və onu yandırmağa cəhd ediblər. Sürücü hadisə yerindən qaçıb, hazırda axtarışdadır.
Zərərçəkənlər şəhər xəstəxanasına çatdırılıblar, polis qəzəblənmiş şəhərliləri sakitləşdirməyə çalışır.
“Həmin zaman küçədə olan insanlar avtobusu, içində olan sərnişinlərlə bərabər yandırmağa cəhd ediblər”, - Jozef Fosten bildirib.
Ölkə prezidenti Jovenel Moiz bəyanatla çıxış edib, o, ölənlərin ailələrinə başsağlığı verib və faciənin başvermə səbəblərinin üzə çıxarılması üçün təhqiqatın aparılacağını vəd edib.
(Oxu.Az)
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub