FHN Bakının Qaradağ rayonu ərazisində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.
Nazirlikdən Mynews.az-a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Qaradağ rayonunda VAZ markalı minik avtomobili və “Kamaz” markalı yük avtomobili toqquşub.
Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilinin sürücüsü, 1967-ci il təvəllüdlü Şahmuradov Rahid İmadəddin oğlunun cəsədini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarmış və aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyat başa çatıb.
Report-un məlumatına görə, sürət həddi yüksək olduğundan yük maşını minik avtomobilinin üzərinə aşıb. Nəticədə VAZ-2106-da olan bir ailənin 3 üzvü – ata, ana və övlad dünyasını dəyişib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub