Xaçmaz rayonunda qətl hadisəsinin üstü açılıb.
Mynews.az xəbər verir ki, bir neçə gün öncə Xaçmaz şəhər sakinini öldürərək Əbilyatağı kəndi ərazisindən basdıran şəxslər saxlanılıb.
Hüquq-mühafizə orqanları əməkdaşlarının iştirakı ilə meyit basdırıldığı yerdən çıxarılıb və Xaçmaz Mərkəzi Rayon Xəstəxanasının morquna aparılıb.
Həmin şəxsin 51 yaşlı Əzizov Mirzağa Bədəl oğlu olduğu müəyyənləşib.
Etibar Əzizov (mərhumun qardaşı) : “Keçən ayın 21-i evdə olub. Görmüşəm. Bu gün eşitdim. Öldürüb orada basdırıblar”.
Xaçmaz Rayon Mərkəzi Xəstəxanasından verilən məlumatda bildirilir ki, ilkin müayinələrlə meyiti tapılan şəxsin 15 gün əvvəl öldürüldüyü məlum olub. Onun başına balta ilə vurularaq, öldürüldüyü bildirilir.
Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.
1
TƏBİB-dən Fərhad Mehdiyevə CAVAB
362 dəfə oxunub
2
Sökülən evlərlə bağlı vacib təklif: Kompensasiya artırıla bilər
359 dəfə oxunub
3
“Daha 17” Dünya Kuboku matçlarını geridə qoydu
359 dəfə oxunub
4
ABB kartlarında nə baş verir? -Vəsaitlər silinir
358 dəfə oxunub
5
Xalq artistinin qızı ikinci ali təhsilini başa vurdu
358 dəfə oxunub