Qida Təhlükəsizliyi Agentliyinin ekspertlərinin və digər aidiyyəti qurumların əməkdaşlarının iştirakı ilə Saatlıda pambıq tarlasında, kimyəvi maddələrin saxlandığı anbarlardan və xəstələrdən götürülmüş nümunələrin üzərində ekspertizalar həyata keçirilir.
Mynews.az APA-ya istinadən xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib.
O bildirib ki, ekspertizaların ilkin rəyinə əsasən, pambıq tarlasında baş vermiş zəhərlənmənin mənşəyi qida məhsulu deyil: "Bu, qida zəhərlənməsi deyil. İlkin nəticələrə görə, zəhərlənmə pambıq tarlasında istifadə olunan herbisidlərdən baş verib".
Q.Təhməzli qeyd edib ki, Saatlı rayonunda pambıq tarlasında 24 nəfər zəhərlənib, 4 nəfər Bakı şəhərinə köçürülüb. Xəstələrin hamısının vəziyyəti qənaətbəxşdir. Bir qismi evə buraxılıb.
1
TƏBİB-dən Fərhad Mehdiyevə CAVAB
362 dəfə oxunub
2
Sökülən evlərlə bağlı vacib təklif: Kompensasiya artırıla bilər
359 dəfə oxunub
3
“Daha 17” Dünya Kuboku matçlarını geridə qoydu
359 dəfə oxunub
4
ABB kartlarında nə baş verir? -Vəsaitlər silinir
358 dəfə oxunub
5
Xalq artistinin qızı ikinci ali təhsilini başa vurdu
358 dəfə oxunub