Siyəzən rayonunda doğuş zamanı baş verən ana ölümünün ilkin səbəbi açıqlanıb.
Mynews.az-ın məlumatına görə, Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının sədri, baş mama-ginekoloq Sevinc Məmmədova “Report”a açıqlamasında deyib ki, hamilə qadın Aytən Qasımova xəstəxanada həkim nəzarətində olub.
S.Məmmədova bildirib ki, mərhum A.Qasımova planlı şəkildə qeysəriyyə əməliyyatı olunub: “Əməliyyatdan sonrakı dövrdə həmin kəsiyin yeri ağrayanda protokola əsasən ona ağrıkəsici vurulub. Bu zaman xəstənin orqanizmi ağrıkəsiciyə reaksiya verib və dünyasını dəyişib”.
Komissiya sədri qeyd edib ki, ölümün dəqiq səbəbləri aparılan müayinələrdən sonra məlum olacaq.
Qeyd edək ki, faktla bağlı Siyəzən Rayon Prokurorluğunda araşdırma aparılır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub