İki maşın toqquşaraq yandı - 2 nəfər öldü
Bakının Balaxanı-Mehdiabad yolunun Binəqədi rayonu ərazisinə düşən hissəsində ağır yol qəzası baş verib.
Mynews.az-ın məlumatına görə, 37 yaşlı Rahid Məmmədov idarə etdiyi "10-HF-590" dövlət qeydiyyat nişanlı "Ford" markalı avtomobillə üzü Mehdiabad qəsəbəsi istiqamətində hərəkətdə ikən, yüksək sürətlə qəfil qarşısına çıxan "Range Rover"lə toqquşub.
Şahidlərin sözlərinə görə, qəza nəticəsində "Range Rover"in sürücüsü yüngül bədən xəsarətləri alıb. Zərbənin gücündən "Range Rover" yanmağa başlayıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidməti və Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub.
"Ford" markalı avtomobildə sıxılıb qalmış 25 yaşlı Orucov Orxan Fikrət oğlu çıxarılıb və "təcili yardım"ın əməkdaşları tərəfindən 3 saylı Kliniki Tibbi Mərkəzə aparılıb. Lakin yaralı yolda dünyasını dəyişib. Sürücü R.Məmmədov isə elə hadisə yerində ölüb.
Meyitlər müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Binəqədi rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində cinayət işi başlanılıb. İstintaq araşdırmaları aparılır.
Hadisə
- Elnur Rufullayev vəfat etdi – FOTO
- Toya gedən müğənni və prodüseri Hacıqabulda qəzaya düşüb
- 15 yaşlı qızı öldürən Kənan intihar edibmiş - Sevinc qətlə yetirilərkən hamilə olub
- Faciəvi şəkildə ölən İlahə tanınmış sənətçinin qızı imiş
- 4-cü kurs tələbəsinin meyiti tapıldı
- Xaçmazda 10-cu sinif şagirdi bıçaqlandı
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Prezidentin nəvələri Mesut Özillə görüşdü 1000 dəfə oxunub
- Kənan Qurbanovun atası onun dənizdə batmağına inanmır - "Bilmirəm, kimə qoşulub" 997 dəfə oxunub
- Toya gedən müğənni və prodüseri Hacıqabulda qəzaya düşüb 982 dəfə oxunub
- “Nar” nitq və eşitmə məhdudiyyətli şəxslər üçün peşə təlimlərinə dəstəyini davam etdirir - FOTOLAR 189 dəfə oxunub
- “Nar” sərfəli smartfon modellərini təqdim edir 187 dəfə oxunub