Xalq artisti, tanınmış aktrisa Fatma Mahmudova ölümdən dönüb.
Mynews.az xəbər verir ki, aktrisa ağır qəza keçirib, onu maşın vurub. F.Mahmudova bu barədə ARB-nin “Səhər-səhər” verilişində qonaq olarkən deyib:
“Çox ağır qəzada ölümdən döndüm. Allah mənə kömək oldu”.
Verilişin aparıcısı Elgiz də aktrisanın qəzadan sonrakı görkəmi barədə danışıb:
“10 gün əvvəl bir məclisdəydim. Fatma xanım gəldi, ay Allah nə gündəydi, dəli oldum. Dedim bu qadına nə olub görəsən? Ağır qəza keçirmişdi, sürünə-sürünə də olsa, məclisə gəldi. Nə olmuşdu, maşın vurmuşdu sizi”.
Aktrisa bu barədə danışmaq istəmədiyini bildirib: “Danışmaq istəmirəm, guya danışanda nə olacaq ki? Əsas Allahdır. Yetimə gəl-gəl deyən çox olar, çörək verən az. Bu yaxınlarda ağır əməliyyat olundum, başıma bu iş gəldi. Mən belə şeylərlə reklam olunmaq istəmirəm”.
1
TƏBİB-dən Fərhad Mehdiyevə CAVAB
362 dəfə oxunub
2
Sökülən evlərlə bağlı vacib təklif: Kompensasiya artırıla bilər
359 dəfə oxunub
3
“Daha 17” Dünya Kuboku matçlarını geridə qoydu
359 dəfə oxunub
4
ABB kartlarında nə baş verir? -Vəsaitlər silinir
358 dəfə oxunub
5
Xalq artistinin qızı ikinci ali təhsilini başa vurdu
358 dəfə oxunub