Avstraliyada tanınmış komediya ustası, aktrisa dəhşətli cinayətin qurbanı olub.
Mynews.az Unikal.org-a istinadən verdiyi xəbərə görə, 22 yaşlı Dixonun cəsədi Avstraliyanın Melburn bölgəsindəki futbol sahəsində tapılıb.
Məlum olub ki, gənc qadın şou proqramdan çıxandan sonra kafelərdən birində çay içmək üçün dayanıb. O daha sonra evinə qayıdıb. Gənc qadın gecə evə qayıdarkən təcavüzə məruz qalıb və öldürülüb.
Araşdırmalar zamanı bəlli olub ki, Dixon 19 yaşlı Ceyms Todd tərəfindən təcavüzə uğrayaraq qətlə yetirilib.Hadisənin sabahı 19 yaşlı təcavüzkar polisə təslim olub. Ceyms Todd ifadəsində bildirib ki, o Dixonu evinə gedən yolda tutub.
Sosial şəbəkələrdə qadının hücuma məruz qalaraq qətlə yetirilməsi ciddi müzakirələr yaradıb və bir çoxları 2012-ci ildə irlandiyalı Jill Meqerin də Melburnda öldürülməsini buna bənzər hadisə olaraq xatırlayıblar. Həmin vaxt Meqerin ölümündən sonra təxminən 30 min insanın iştirakı ilə sülh yürüşü keçirilmişdi.




1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub