Hacı Beyləqanskinin həbsindən sonra Moskvada Rövşən Lənkəranskiylə yaxınlığı ilə tanınan azərbaycanlı kriminal avtoritetlər arasında əməlli panika yaranıb. Hamı, hər an istintaqa çağrılacağından narahatdır.
Mynews.az xəbər verir ki, bu barədə musavat.com-a Moskvadakı etibarlı mənbədən məlumat daxil olub.
Məlumata görə, mərhum Rövşən Lənkəranskinin Rusiyadakı "valisi", onun yaxın qohumu Zaur Əhmədov artıq Moskvanı tərk edib.
Mənbənin dediyinə görə, Əhmədovun adı Hacı Beyləqanskiyə qarşı qaldırılmış cinayət işində hallanır. Məhz o, "Lotu Quli"nin Moskvaya atdığı "desantçı"lardan qorunmaq və vaxtıyla Lənkəranskinin nəzarəti altında olan obyekləri əlində saxlamaq üçün Beyləqanskini Moskvaya dəvət etmiş, ona zirehli maşın, çoxsaylı cangüdən və ev ayırmışdı.
Beyləqanski isə mayın 30-da Moskvada həbs edilib. O, silsilə qətllərdə ittiham olunur.
İyunun 18-də isə Dubayda "Lotu Quli"nin iştirakıyla bir sıra krminal avtoritetlərin toplantısı keçiriləcək.
"Sputnik"in yazdığına görə, toplantının əsas mövzusu "Avropadakı obşaka" kimin nəzarət etməsidir. Sırada isə 3 nəfərin adı hallanır: Giya Kutaisski, Merab Suxumski və "Lotu Quli". Məlumata görə, Kutaisski Qulinin xeyrinə namizədlikdən çəkiləcək.
Amma o da sirr deyil ki, "Quli" Avropa "obşakına" nəzarəti ələ alsa belə, onun uğrunda başqa klanlarla amansız mübarizəyə başlayacaq.
1
Səkinə Sadıxova vəzifəsindən azad edildi
566 dəfə oxunub
2
9-cu sinif şagirdi vəfat etdi - FOTO
555 dəfə oxunub
3
“Qalatasaray”ın qapıçısını fitə basdılar, ağladı - VİDEO
530 dəfə oxunub
4
Pensiyaçılara ŞAD XƏBƏR – Bu tarixdə ödəniləcək
528 dəfə oxunub
5
Hüseyn Çeliki tənqid etdi: "Oxumağın bərbaddır, insan ol"
526 dəfə oxunub