İmişlidə 1 nəfərin ölümü və 2 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib.
Mynews.az-ın APA-ya istinadən xəbərinə görə, qəza rayon ərazisindəki "9 saylı" adlanan məcburi köçkün qəsəbəsində baş verib. Məlumata görə, “Mercedes” və "VAZ 2106" markalı minik avtomobillərinin toqquşması nəticəsində "Mercedes"in sərnişini Cəbrayıl rayonundan məcburi köçkün, 1987-ci il təvəllüdlü Bəyməmmədov Xalid Məmmədbağı oğlu ölüb. Sürücü, qəsəbə sakini 1948-ci il təvəllüdlü Mehrəliyev İlyas Məhəmmədəli oğlu ağır xəsarət alaraq Şirvan Şəhər Xəstəxanasına çatdırılıb. İ.Mehrəliyev əməliyyata götürülüb, vəziyyəti ağırdır.
"VAZ"ın sürücüsü Cəbrayıl rayonundan məcburi köçkün, 1983-cü il Quliyev Azər Hüseyn oğlu vəziyyəti ağır olduğundan paytaxt xəstəxanalarından birinə göndərilib.
Araşdırma aparılır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub