“Oğlum Elnur Babayevin meyiti iyunun 18-i yerli vaxtla axşam saat 18:00 radələrində tapılıb”.
Mynews.az xəbər verir ki, bu sözləri APA-ya açıqlamasında iyunun 2-də Roma yaxınlığında Albano gölündə batmış azərbaycanlı tələbənin atası Rafiq Babayev deyib.
Hazırda İtaliyada olan R. Babayev bildirib ki, axtarış işləri son 3 gündə gücləndirilmiş rejimdə aparılıb: “Gölə xüsusi gəmi cəlb etdilər. Daha sonra meyitin 80-90 metr dərinlikdə təxmini yerini müəyyənləşdirdilər. Meyit xüsusi robot qurğusu ilə sudan çıxarıldı. Tanınma həyata keçirildi, meyit ekspertiza üçün xəstəxananın "morq"una göndərildi. Bu gün yerli vaxtla saat 12:00-də ekspertizanın rəyi açıqlanacaq. Sonra səfirliyin köməkliyi ilə meyitin Azərbaycana göndərilməsi üçün sənədləşmə proseduru həyata keçiriləcək. Meyitin Azərbaycana göndərilməsi iyunun 22-23-nə nəzərdə tutulub”.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub