Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Rasim Çərtikovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Mynews.az "report"a istinadən xəbər verir ki, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.
Elan olunmuş ittiham üzrə R.Çərtikov özünü qismən təqsirli bildiyini deyib.
O deyib ki, 33 illik həyat yoldaşını qısqanclıq zəminində öldürüb: "Arvadım Arifə öz istəyi ilə dayəlik işinə başladı. İki ay özüm onu işə aparırdım.
Razı deyildim onun çalışmağına. Sonra Arifə gecə növbəsində çalışmaq istədi. Aramızda mübahisə düşdü, küsüb atası evinə getdi. Onun iş yerinə də getdim ki, Arifənin işinə xitam verilsin. Yaxın adamla qaynanamgilə gedib, onu evə gətirdim. Arifə razılaşdıq ki, ancaq gündüz növbəsində işləyəcək.
Əvvəl bu qayda çalışdı, sonra fikrini dəyişdi. Arifə işlə bağlı Türkiyəyə getdi, bunu da məndən gizlətdilər. İçimdə şübhələr oyanırdı. Evi satıb, Rusiyaya getmək barədə ona dedim. Razılşadı ki, ancaq yuxarı mərtəbəni sataq. Evi satandan sonra onu işdən gecə götürdüm. Rusiyaya getmək istəmədiyini bildirdi".
Təqsirləndirilən şəxs deyib ki, onu öldürmək niyyəti olmayıb: "Mənə "səndən bir kişi kimi həzz almıram" deyib "öldürsən də işdən çıxıb Rusiyaya getməyəcəm" söylədi. Mən də onu öldürdüm".
Qeyd edək ki, hadisə bu il Binəqədi rayonunda baş verib. R.Çərtikov həyat yoldaşı Arifə Çərtikovanı qətlə yetirib.
O, hadisəni qısqanclıq zəminində törətdiyini bildirib.
1
Səkinə Sadıxova vəzifəsindən azad edildi
566 dəfə oxunub
2
9-cu sinif şagirdi vəfat etdi - FOTO
555 dəfə oxunub
3
“Qalatasaray”ın qapıçısını fitə basdılar, ağladı - VİDEO
530 dəfə oxunub
4
Pensiyaçılara ŞAD XƏBƏR – Bu tarixdə ödəniləcək
528 dəfə oxunub
5
Hüseyn Çeliki tənqid etdi: "Oxumağın bərbaddır, insan ol"
526 dəfə oxunub