Lerikdə azyaşlı qızın zorlanma xəbəri müzakirə mövzusuna çevrilib. Rayon sakini Elnur Məmmədov bu hadisəni törətməkdə günahlandırılır.
Lakin dövlət qurumları rəsmi olaraq zorlanma hadisəsini təsdiq etməyib. İddialar yalnız sosial şəbəkələr və media üzərində müzakirə olunur. Zorlandığı deyilən qızın atası Rasim Təhməzov da iddiaları əsassız sayıb. Bu isə insanlar tərəfindən qəzəblə qarşılanıb və onun valideyni qınanıb.
Minval.info azyaşlını zorlamaqda adı keçən Elnur Məmmədovun fotolarını əldə edib. Amma qeyd etdiyimiz kimi, onun cinayət törətdiyi rəsmən təsdiqini tapmadığı üçün fotoları açıq formada dərc edə bilmirik.
Xatırladaq ki, Azərişıq" ASC-nin Lənkəran regional idarəsinin sədr müavini Aydın Məmmədovun qardaşı oğlu Elnur Məmmədov tərəfindən məktəbli qızın zorladığı deyilir. Adı çəkilən şəxsin bunu telefonuna çəkdiyi və qızı şantaj etdiyi bildirilir.
İddialara görə, zorlanmaya məruz qalan azyaşlı 4 aylıq hamilədir.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub