ARB TV-nin “Rezonans” verilişində bu dəfə məhbus Kamil Qədirovun həbsxana hekayələrindən bəhs olunub.
Kamil Qədirov (cəzası 12 il): “2004-cü ildən bələdiyyə sədri vəzifəsində çalışırdım. Su növbəli şəkildə verilirdi. Bu növbəni saxlamağı mənə tapşırmışdılar və mənə etimad göstərirdilər. Həmin növbəni qoruyurdum. Bir axşam evdə nəvələrimlə oturub kinoya baxırdım. Həmin gün suyu aparacaq şəxs mənə zəng elədi və dedi ki, suyu əmin oğlu kəsib, vermir. Sənana dedim ki, növbə onundur, ver aparsın, ya da yarıya böl. Narazılıq etdi. Durub bunlara getdim. Çatan kimi var-yoxumu söydü və məni vurdu. “Lapatka”nı götürüb mənə zərbələr endirdi. Gördüm ki, mümkün deyil. Qorxutmaq üçün tüfəngimin içinə patron qoydum. Qorxmadı, üstümə gəlib yenə vurdu. Huşumu itirən zaman tüfəngdən atəş açıldı. Sənan yerə yıxıldı. Güllə bunun boğazından girib çıxıb. Özüm polisə zəng edib təslim oldum. Onunla münasibətimiz çox yaxşı olub. İndi də bizimkilərlə onun ailəsi normaldı. Neçə saat yalvardım ki, eləmə. Məni öldürürdü, ölməmək üçün öldürdüm. Başqa yolum yox idi. Yanıma nəvələrim, ailəm, qohumlarım gəlir. Nəvələrim soruşur ki, “baba, niyə evimizə gəlmirsən?” Onlar ata üzü də görmür. Ataları hərbçidir”.
1
Səkinə Sadıxova vəzifəsindən azad edildi
566 dəfə oxunub
2
9-cu sinif şagirdi vəfat etdi - FOTO
555 dəfə oxunub
3
“Qalatasaray”ın qapıçısını fitə basdılar, ağladı - VİDEO
530 dəfə oxunub
4
Pensiyaçılara ŞAD XƏBƏR – Bu tarixdə ödəniləcək
528 dəfə oxunub
5
Hüseyn Çeliki tənqid etdi: "Oxumağın bərbaddır, insan ol"
526 dəfə oxunub