Daxili işlər orqanlarının əməkdaşları tərəfindən saxta pulların hazırlanması və dövriyyəyə buraxılmasının qarşısının alınması istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.
DİN-dən Mynews.az-a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Zəngilan Rayon Polis Şöbəsinə Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Orxan Cəfərovun Masazır qəsəbəsi ərazisində yerləşən çay evlərindən birində saxta pul satmaq istəməsi barədə əməliyyat məlumatı daxil olub.
Birgə həyata keçirilən təxirəsalınmaz əməliyyat tədbiri nəticəsində həmin şəxs 20 min saxta manatı 4100 ABŞ dollarına satmaq istəyən zaman cinayət başında tutulub.
Qeyd edək ki, O.Cəfərov saxta pulların hazırlanması və dövriyyəsi ilə məşğul olduğu üçün bir dəfə Rusiya Federasiyasında da məhkum olunub.
Faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub