Bu gün Ali Məhkəmədə bloqqer Mehman Hüseynovun barəsində olan məhkəmə qərarından verilən kassasiya şikayəti üzrə məhkəmə iclası davam etdirilib.
Mynews.az-ın xəbərinə görə, İmran Hacıqayıbovun sədrliyi ilə keçirilən prosesdə M.Hüseynovun öz istəyi ilə məhkəməyə gəlmədiyi elan olunub.
Daha sonra hər iki tərəfin nümayəndəsi çıxış edib.
Məhkəmənin qərarı ilə M.Hüseynovun kassasiya şikayəti təmin olunmayıb.
Xatırladaq ki, Nəsimi Rayon Polis İdarəsinin (RPİ) rəisi Musa Musayev M.Hüseynovu xüsusi ittiham qaydasında məhkəməyə verib.
O, bloqqerin Cinayət Məcəlləsinin 147.2-ci (böhtan, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə məsuliyyətə cəlb olunmasını və cəzalanmasını istəyib.
Suraxanı Rayon Məhkəməsinin qərarı ilə M.Hüseynov 2 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub. Qərardan narazı qalan M.Hüseynov apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi apellyasiya şikayətini təmin etməyib.
Daha sonra M.Hüseynov kassasiya şikayəti verib. Ali Məhkəmədə hakim Əli Seyfəliyevin sədrlik etdiyi iclasda kassasiya şikayəti qismən təmin olunub. M.Hüseynovun barəsində Bakı Apellyasiya Məhkəməsinin qərarı ləğv olunub. Cinayət işinin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması qərara alınıb. Bakı Apellyasiya Məhkəməsi isə apellyasiya şikayətini təmin etməyib.
1
TƏBİB-dən Fərhad Mehdiyevə CAVAB
362 dəfə oxunub
2
Sökülən evlərlə bağlı vacib təklif: Kompensasiya artırıla bilər
359 dəfə oxunub
3
“Daha 17” Dünya Kuboku matçlarını geridə qoydu
359 dəfə oxunub
4
ABB kartlarında nə baş verir? -Vəsaitlər silinir
358 dəfə oxunub
5
Xalq artistinin qızı ikinci ali təhsilini başa vurdu
358 dəfə oxunub