Bakı Ağır Cinayətlər Məhkəməsində Orxan Hümbətov, Rəmzi Muradov və Vaqif Hümbətovun CM-nin 181.2.1-ci (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 221.2.1-ci (xuliqanlıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Mynews.az-ın məlumatına görə, ötən il noyabrın 19-da Biləcəri qəsəbəsində naməlum iki nəfər Nuridə Məmmədovanın evinə basqın ediblər.
Qadının əl-qolunu bağlayaraq, bıçaqla ona hədə-qoxu gəliblər və nəticədə 5500 manat pulunu quldurluq yolu ilə ələ keçiriblər. Dekabrın 12-də əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Orxan Hümbətov və Abşeron rayon sakini Rəmzi Muradovu saxlayıblar.
İstintaqın gedişatında məlum olub ki, Orxan Hümbətov Nuridə Məmmədova ilə qohumdur. Tutulan şəxs qadının lotoreya oynadığını və həmin günlərdə 5000 manata yaxın pul götürdüyünü bilib, bu niyyətlə də tanışı R.Muradovla zərərçəkmişin evinə basqın ediblər.
Onlar ətrafında aparılan istintaq hərəkətləri zamanı müəyyən edilib, bundan əlavə Orxan Hümbətov qardaşı Vaqif Hümbətovla birlikdə xuliqanlıq ediblər. Qardaşlar Biləcəri qəsəbəsində yük avtomaşının sürücüsünü döyüblər.
Məhkəmənin hökmü ilə Orxan Hümbətov 10 il, Rəmzi Muradov 9 il və Vaqif Hümbətov 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunublar.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub