"OBA" marketdən yağ oğurlayarkən mühafizəçini bıçaqlamaqda təqsirləndirilən Emin Sadıqovun barəsindəki cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Mynews.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən məhkəmə prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən, Emin Sadıqov 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə ötən il Sabunçu qəsəbəsində baş verib. Emin Sadıqov qəsəbədə yerləşən OBA marketə girərək 10 ədəd 250 qramlıq kərə yağı götürüb. Ümumi dəyəri 40 manat olan yağları mağazadan gizli çıxarmaq istəyən Emin Sadıqovu mühafizəçi Xaliq Əkbərov görüb.
Yaranmış mübahisə zamanı Emin Sadıqov X.Əkbərova bir bıçaq zərbəsi vuraraq qaçıb.//Lent.az
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub