Bakıda məhbusların qaçmasında təqsirləndirilərək həbs edilən müğənni Fədayə Laçının cinayət işi üzrə istintaq yekunlaşıb. Yaxın günlərdə cinayət işi tanış olması üçün təqsirləndirilən şəxslərə təqdim ediləcək. Daha sonra isə iş Bakı Ağır Cinayətlər Məhkəməsinə göndəriləcək.
Mynews.az xəbər verir ki, yenicag.az-a açıqlama verən İlahə Fəda bacısı ilə bağlı bunları deyib:
“Ürəyinin saflığı üzündən başına bu işlər gəldi. Həmişəki sözümü təkrar edirəm: hakim nə qərar versə, o da olacaq. Fədayənin günahı varsa, cəzasını çəkəcək, yoxdursa, azadlığa çıxacaq. Fədayə 8 aydır ki efirdən, sevdiyi sənətdən, səhnədən, xalqdan ayrı düşüb. Elə bu çox ağır cəzadır. Onunla bu yaxınlarda görüşdüm. Özü də ümidlə yaşayır və azadlığa qovuşacağı günü gözləyir. İstintaq başa çatdı, görək nə olacaq?”
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub