Dövlət Sərhəd Xidməti sərhəd sularında etibarlı sərhəd mühafizəsinin, neft-qaz hasilatı və daşınması infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.
DSX-nın Mətbuat Mərkəzindən Mynews.az-a verilən məlumata görə, qurumun Sahil Mühafizəsinin üzmə vasitələri tərəfindən Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində adalara və qayalıqlara baxış keçirilərkən sahildən 13,9 km məsafədə Xəzər-Zirə adasının şimalındakı daşlıq ərazidə 1 ədəd köhnə dəniz minası aşkarlanmış, ərazi dərhal mühafizəyə götürülüb.
Mühəndis-istehkam mütəxəssisləri tərəfindən mina aşkarlanmış əraziyə baxış keçirilib, mərminin dəniz minası olması təsdiqlənib, daşınmasının təhlükəli olması səbəbindən yerində zərərsizləşdirilməsinin zəruriliyi barədə rəy verilib.
Mina aşkarlanan ərazidən bir neçə kilometr ətrafda infrastruktur obyektlərinin mövcudluğu nəzərə alınmaqla, dəniz minasının aşkar olunduğu yerdə təhlükəsizlik tələblərinə uyğun partladılması barədə qərar qəbul olunub.
İyunun 28-də dəniz minası partladılma yolu ilə zərərsizləşdirilib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub