Zaqataladan Mingəçevirə gedən mikroavtobus ağır qəzaya uğrayıb.
Mynews.az Report-a istinadən xəbər verir ki, hadisə saat 10:00 radələrində Yevlax-Zaqatala- Gürcüstan yolunun Qax rayonunun Tanqıt kəndindən keçən hissəsində qeydə alınıb.
Əliabad-Mingəçevir marşrut xətti üzrə fəaliyyət göstərən “Mercedes” markalı sərnişin mikroavtobusu “KamAZ”la toqquşub.
Nəticədə mikroavtobusun sürücüsü, Zaqatala rayonunun Qanqax kənd sakini, 1976-cı il təvəllüdlü İlkin Haqverdi oğlu Əliyev hadisə yerində ölüb. Xəsarət alaraq xəstəxanaya yerləşdirilənlərdən biri, 54 yaşlı Rəhilə Mikayılova orada həyatını itirib.
Mikroavtobusda olan sərnişinlərdən səkkizi - Tərtər rayon sakini, Həsənova Səltənət Məmməd qızı (1958), Zaqatala rayon sakini, Cəfərova Günel Eldar qızı (1979), Mingəçevir şəhər sakini, Nadirli Nüranə Rövşən qızı (1996), Şəki rayon sakini, Babayeva Günay Elman qızı (1996), Mingəçevir şəhər sakini, Həmzəyeva Mələk Səməd qızı (1985) Mingəçevir, Zaqatala rayon sakini, Həmzəyeva Əlifnur Samir qızı (2014), Zaqatala rayon sakini, Həmzəyeva Əsmənur Samir qızı (2017), Mingəçevir şəhər sakini, Sarıyeva Nigar Şaban qızı (1982) xəsarət alıb.
Onlar Qax Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Məlumata görə, xəsarət alan iki azyaşlı - 2017-ci il təvəllüdlü Həmzəyeva Əsmanur və 2014-cü il təvəllüdlü Həmzəyeva Əlifnur reanimasiya şöbəsinə yerləşdiriliblər.
1
Səkinə Sadıxova vəzifəsindən azad edildi
566 dəfə oxunub
2
9-cu sinif şagirdi vəfat etdi - FOTO
555 dəfə oxunub
3
“Qalatasaray”ın qapıçısını fitə basdılar, ağladı - VİDEO
530 dəfə oxunub
4
Pensiyaçılara ŞAD XƏBƏR – Bu tarixdə ödəniləcək
528 dəfə oxunub
5
Hüseyn Çeliki tənqid etdi: "Oxumağın bərbaddır, insan ol"
526 dəfə oxunub