USD 1.70
EUR 1,8441
RUB 0.0175
BREND 78.91
Bakı

"Etdiyin yanlış bağışlanmazdır" Azərbaycanlı "qanuni oğru" niyə intihar etdi?

23:00 29.06.2018
"Etdiyin yanlış bağışlanmazdır" Azərbaycanlı "qanuni oğru" niyə intihar etdi?
23:00 29.06.2018

Bir neçə il öncə məşhur azərbaycanlı “qanuni oğru” Kiyev hava limanında intihar etdi.

Mynews.az xəbər verir ki, o zaman bu ölüm epizodu istər Rusiyada, istərsə də Azərbaycanda ajiotaj yaratdə. İntihar səbəbi də birmənalı qarşılanmadı. Eyni zamanda ölüm sirr pərdələri arxasında gizli qalsa da, sonralar hər şey bəlli oldu.

İntihar edən azərbaycanlı “qanuni oğru” kriminal aləmdə “Dadaş Bakinski” kimi tanınan Dadaş Hikmət oğlu İbrahimov idi.

Xatırladaq ki, hadisədən bir müddət əvvəl “Dadaş Bakinski” Rusiyadan deportasiya edilmişdi. Deportasiyadan bir neçə gün sonra Kiyevdəki Barispol hava limanında qanlı insident baş verib. Belə ki, Dadaş İbrahimov birbaşa uçuş zonasında siqaret çəkərkən patrul polisləri ona xəbərdalıq etmək istəyiblər. Lakin “qanuni oğru” aqressiv reaksiya verərək, əcnəbi dildə qışqırmağa başlayıb. İnsident yerinə əlavə qüvvə çağrılanda “qanuni oğru” bıçaqla digər patrul xidmətçisinin üstünə cumub. Gözlənilmədən onun kürəyinə, özünün isə boynuna, qarnına zərbələr vurub. “Dadaş Bakinski” bundan sonra yerə yıxılıb. Qanlı olaydan sonra “qanuni oğru” Barispol rayon xəstəxanasına yerləşdirilib. Onun aldığı yaralardan sonra xəstəxanada keçindiyi də ehtimallar arasındadır.

Maraqlıdır ki, kriminal avtoritetin hava limanında özünə xəsarət yetirməsinə isə “qanuni oğru” adından mərhum edilməsi ilə bağlı olub. Kriminal aləmin jarqonu ilə desək, “tarmazit” olunub. Belə ki, İstanbulda “Dadaş Bakinski”nin iştirakı ilə “sxodka” keçirilib və o, “qanuni oğru” adından məhrub edilib. Yığıncaqda “sxodka”da “Dadaş Bakinski” gürcü “qanuni oğru” Levan Sxumkskinin döyülmə səbəbini əsaslandıra bilməyib.

Bu səbəbdən onu titulu “qanuni oğru” Rövşən Lənkəranski tərəfindən əlindən alınıb. Bunu həzm edə bilməyən “Dadaş Bakinski” də intihar edib. “Dadaş Bakinski” Lənkəranski tərəfindən çox hörmət və ehtiramla qarşılanıb. Deyilənə görə, hətta Lənkəranski “sxodka”da “Bakinski”yə deyib ki, “sən bizlərdən birisən, sən “oğru”san. Amma etdiyin yanlış bağışlanmaz haldır. Əslində, belə hallarda sən onu cəzlanadırdığın kimi cəzalanmalısan. Amma buna mənim nə insanlıq, nə də şəxsiyyətim yol verir. Sən də gözəl bilirsən ki, bu aləmdə qanunları dəyişmək, pozmaq olmaz. Əməlinin səbəbini izah edə bilsən, yola salacağıq. Amma törtdiyin əməlin əsasını verə bilməsən, tacından məhrum ediləcəksən”.

“Dadaş Bakinski” də əməlinin səbəbini izah edilmədiyi üçün tacı əlindən alınaraq yola salınır. Cinayətkar aləmin qanunlarına tam riayət edən Lənkəranski onunla xoş danışaraq, sonda xoş da ayrılıb.

Qeyd edək ki, 16 aprel 1973-cü ildə Bakının Novxanı kəndində dünyaya göz açıb. Atası mərhum “qanuni oğru” Hikmət İbrahimovun ailəsində göz açan “Dadaş Bakinski”ni 2000-ci ildə MDB-də geniş nüfuz dairəsində sahib olan klassik “oğru”larda biri olmuş Sabirabadlı Hikmət, Masallı Mamedlə birgə keçirilən “sxodka”da taclandırmışdı. O, taclandırılmayana qədər məhbəs həyatı yaşamayıb. Taclanandan 5 il sonra Rusiyada həbs edilərək ilk həbs həyatı yaşamışdı.//Yenicag.az


Xəbər lenti

300x200r