Bakı-Qazax magistral yolunda ölümlə nəticələnən yol qəzası baş verib.
Mynews.az-ın APA-ya istinadən məlumatına görə, hadisə yolun Şəmkir rayonu ərazisindən keçən hissəsində baş verib.
Hərəkətdə olan “Opel” markalı avtomobilin idarəetmədən çıxaraq yolun kənarına aşması nəticəsində 2016-cı il təvəllüdlü Nuray Cavid qızı Məmmədova hadisə yerində ölüb, üç nəfər isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Yaralılar 1977-ci il təvəllüdlü Cavid Məmmədov, onun həyat yoldaşı 1985-ci il təvəllüdlü Aidə Kərimova və qayınanası 1962-ci il təvəllüdlü Dizbəz Kərimovadır.
Sürücü (C. Məmmədovun qaynı) və bir azyaşlı uşaq (C. Məmmədovun övladı) qəzadan xəsarətsiz ötüşüblər. Ölən azyaşlı da C. Məmmədovun övladı olub.
İlkin məlumata görə, qəzaya səbəb avtomobolinin şininin partlaması olub.
Faktla bağlı araşdırma aparılır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub